EN

AQTA təlim keçib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Təlim Mərkəzi tərəfindən “Qida Təhlükəsizliyi Könüllüləri” təşəbbüs qrupunun üzvləri üçün növbəti təlim təşkil olunub. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) məlumat yayıb.

Bildirilib ki, “Qida təhlükəsizliyi sahəsində dövlət nəzarəti tədbirləri” mövzusunda keçirilən təlim zamanı AQTA-nın Qida təhlükəsizliyi şöbəsinin böyük məsləhətçisi Eldəniz Əkbərov iştirakçılara mövzu ilə bağlı ətraflı məlumat təqdim edib. Bildirilib ki, Agentlik tərəfindən qida zəncirində riskəsaslı dövlət nəzarəti tədbirlərinin əhatə dairəsi genişləndirilir, saxta və təhlükəli qida məhsullarının dövriyyədən çıxarılması istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirilir.

Könüllülərə ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması sahəsində mövcud əsas qanunvericilik aktları barədə geniş məlumat verilib, həmçinin qida müəssisələrində aparılan yoxlama və nəzarət tədbirləri zamanı aşkar edilən uyğunsuzluq hallarında qanunvericiliyin tələblərinə uyğun olaraq görülən tədbirlər izah olunub.

Chosen
42
1
cebheinfo.az

2Sources