Ajans.az xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun Cəlilabad şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Azərpoçt MMC-jə məxsus avtomobil idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində sürücü xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.