Türkiyənin “Beşiktaş” klubu qış transfer dönəmində heyətini gücləndirmək üçün səyləri davam etdirir. Metbuat.az xəbər verir ki, İstanbul təmsilçisi “Roma”da forma geyən Kostas Tsimikasın xidmətində maraqlıdır. Türkiyə mediası yazıb ki, İstanbul klubu yunan əsilli futbolçunu “Liverpul”dan icarəyə götürmək istəyir. Amma təcrübəli futbolçu “Beşiktaş”da oynamaqdan imtina edib. “Roma” da müdafiəçinin Türkiyəyə getməsinə razılıq verməyib. Türkiyə mediasında yer alan iddiaya görə, Kostas Tsimikas “Liverpul”a dönmək istəyir.