EN

Qızımın atası Musadır deyib göstərdiyi “metirka” saxtadır? – VİDEO

Sosial şəbəkələrdə qızı Fidanın doğum haqqında şəhadətnaməsində “Musa qızı” yazılmadığı iddialarına cavab olaraq Təranə Qumral doğum haqqında şəhadətnaməni canlı efirdə nümayiş etdirməyə qərar verib.

Efirdə seriyasını gizlətməklə şəhadətnaməni göstərməyə israr edən ifaçı iddialı şəkildə bildirib: Bütün günü sosial şəbəkələrdə danışırlar, şəkillərimin altına yazırlar ki, guya yalandır. Ay balam, atası Musadır da, kim olacaq ki?! Qumral da gələcək bu yaxınlarda sizin verilişə, o da öz metrikasıyla (doğum haqqında şəhadətnamə və ya Təranə xanımın dediyi kimi ‘metirka’ ) gələcək. Bundan sonra öz metrikamızla gələcəyik. Özlərini inandırırlar ki, mən yalan danışıram, mənim sizə yalan borcum yoxdur.”

Aparıcı ona təqdim edilən şəhadətnaməni oxuyanda isə izləyicilərdə sənədin saxtalaşdırıldığına dair şübhələr yaranıb. Belə ki, Fidanın doğum tarixi 1992-ci il 4 sentyabr olsa da, sənəd özü SSRİ-yə aid olub. Həmin vaxt isə SSRİ artıq bir il idi ki rəsmən dağılmışdı və respublikalar milli sənəd nümunələrindən istifadəyə başlamışdı.

Beləliklə, Təranə Qumralın hər kəsi susdurmaq cəhdi yenidən qızğın müzakirələrə və şübhələrə səbəb olub…//azerbaycan24.com

Videonu təqdim edirik.

Chosen
27
millitv.net

1Sources