EN

“Heç kim "Qarabağ"ın sirrinin nədə olduğunu bilmir”

Rusiya millisinin sabiq hücumçusu Dmitri Bulıkin "Qarabağ"ın Çempionlar Liqasındakı çıxışını yüksək qiymətləndirib.

Sportinfo.az xəbər verir ki, "qazeta.ru"nun məlumatına görə, veteran futbolçu Ağdam təmsilçisini turnirin cari mövsümünün əsas sürprizi adlandırıb:

"Qarabağ" bu mövsümün ən böyük kəşfidir. Heç kim onların sirrinin nədə olduğunu bilmir. Komandada inanılmaz fədakarlıq və əzmkarlıq var.

Ola bilsin, rəqiblər onlara qarşı oyuna lazımi qədər ciddi köklənmirlər, onlar da bundan maksimum istifadə edərək xal qazanırlar".

Çempionlar Liqasının liqa mərhələsinin son turu çərçivəsində təmsilçimiz "Liverpul"la üz-üzə gələcək.

Matç yanvarın 28-si, Mərkəzi Avropa vaxtı ilə saat 21:00, Bakı vaxtı ilə isə yanvarın 29-u, saat 00:00-da başlanacaq.

Chosen
26
sportinfo.az

1Sources