EN

Nikolas Maduronun saxlandığı həbsxanada neçə məhbusun olduğu açıqlandı

ABŞ-nin Nyu-York şəhərində, Bruklin rayonundakı həbsxanada Venesuelanın sabiq prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Siliya Flores ilə birlikdə daha 1 319 məhbus saxlanılır.

Moderator.az TASS agentliyinÉ™ istinadÉ™n xÉ™bÉ™r verir ki, bu rÉ™qÉ™m ABÅž Federal HÉ™bsxanalar Bürosunun mÉ™lumatlarında yer alıb.

Qeyd edilir ki, Maduro bu həbsxanaya düşən ilk Latın amerikalı siyasətçi deyil. 2022-ci ilin aprelində Hondurasın eks-prezidenti Xuan Orlando Ernandes bu həbsxanaya yerləşdirilmişdi. 2020-ci ildə isə orada Meksikanın keçmiş ictimai təhlükəsizlik naziri Xenaro Qarsiya Luna saxlanılırdı.

2024-cü ilin sentyabrında həmin həbsxanaya amerikalı reper P.Diddi (Şon Kombs), kriptovalyuta milyarderi və FTX birjasının qurucusu Sem Benkman-Frid və digərləri köçürülüb.

Chosen
29
1
moderator.az

2Sources