EN

Mirzoyan: Ermənistan–ABŞ münasibətləri inkişaf edir » AzadMedia.az

Mirzoyan:


Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Ermənistan ilə ABŞ arasında münasibətlər ardıcıl şəkildə inkişaf edir. O, bu fikirləri Fransanın Strasburq şəhərində keçirilən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iclasında çıxışı zamanı səsləndirib.

Mirzoyanın sözlərinə görə, İrəvan və Vaşinqton ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi üçün yeni sahə və istiqamətləri araşdırır. Nazir qeyd edib ki, hazırda hər iki tərəfin bu əməkdaşlığı genişləndirmək üçün hazırlığı və siyasi iradəsi mövcuddur və bu da münasibətlərin daha da inkişafına imkan yaradacaq.

Ermənistan XİN rəhbəri xatırladıb ki, ötən il Ermənistan və ABŞ arasında strateji əməkdaşlıqla bağlı sənəd imzalanıb və bu sənədin icrasına hazır olunduğu ABŞ Prezidenti Donald Trampın administrasiyası tərəfindən də təsdiqlənib.

Bundan əlavə, Mirzoyan bildirib ki, ötən ilin avqustun 8-də Vaşinqtonda keçirilən Sülh Sammiti çərçivəsində Ermənistan və ABŞ bir sıra memorandumlar imzalayıb. Həmin sənədlərlə tərəflər münasibətləri daha da dərinləşdirmək niyyətlərini təsdiqləyiblər.

Chosen
18
1
azadmedia.az

2Sources