Qışın gəlişi ilə alimlər balın hansı faydalı xüsusiyyətlərə malik olduğunu bir daha xatırlatmaq qərarına gəliblər.
Bizim.Media xÉ™bÉ™r verir ki, bir çox insan balı ÅŸÉ™kÉ™r É™vÉ™zi kimi istifadÉ™ edir, lakin bu mÉ™hsulun nÉ™ qÉ™dÉ™r faydalı olduÄŸunun fÉ™rqindÉ™ olmur. Bu barÉ™dÉ™ “Huffington Post” yazıb.
Öskürəyə kömək edir
Tədqiqatlar zamanı alimlər soyuqdəymə olan 100 uşaq üzərində eksperiment aparıblar. Kiçik pasiyentlərin üçdə birinə yatmazdan əvvəl müalicə məqsədilə qarabaşaq balı verilib, üçdə birinə öskürək siropu, qalanlarına isə heç bir dərman verilməyib. Valideynlərin sözlərinə görə, bal qəbul edən uşaqlar gecə daha yaxşı yatıb və daha az öskürüblər. Balın istifadəsi dərmanların qəbulunu istisna etmir, lakin sağalmanı sürətləndirə bilər.
Yaraları sağaldır
Balın yara saÄŸaldıcı tÉ™siri haqqında hÉ™lÉ™ e.É™. 2100–2000-ci illÉ™rÉ™ aid mÉ™nbÉ™lÉ™rdÉ™ mÉ™lumat verilir. Müasir tibb dÉ™ balın dezinfeksiyaedici vÉ™ saÄŸaldıcı xüsusiyyÉ™tlÉ™rini yaxşı tanıyır. O, yanıqdan sonra dÉ™rinin daha tez bÉ™rpasına vÉ™ yaraların saÄŸalmasına kömÉ™k edÉ™n maz vÉ™ kremlÉ™rin hazırlanmasında istifadÉ™ olunur.
Kəpəkdən xilas edir
Araşdırmalara görə, alimlər seboreya səbəbindən yaranan kəpəyin müalicəsində yaxşı nəticələr əldə ediblər. Onlar balı ilıq suda həll edib bir neçə həftə ərzində xəstələrin saçlarını bu məhlulla yaxalayıblar. Bir çoxunda qaşınma, kəpək və qızartı azalıb.
Enerji verir
Balı “düzgün” ÅŸÉ™kÉ™rlÉ™r vÉ™ karbohidratlar mÉ™nbÉ™yi adlandırmaq olar. O, sizÉ™ enerji verÉ™cÉ™k vÉ™ (É™lbÉ™ttÉ™ ki, balı kilo-kilo yemÉ™sÉ™niz) kalori piy halında bÉ™dÉ™ninizdÉ™ yığılmayacaq. AlimlÉ™r idmandan É™vvÉ™l bir qaşıq bal yemÉ™yi tövsiyÉ™ edirlÉ™r.
Bütün faydalı xüsusiyyətlərinə baxmayaraq, bal arı məhsullarına allergiyası olan insanlar tərəfindən istifadə edilməməlidir.
Bizim.Media