Artıq 6 aydır ki, Azərbaycanda qohum evlilikləri (əmi, dayı, xala uşaqları arasında) qadağan edilib. Bu qadağanın əsas səbəbi həm etik-mənəvi normalar, həm də genetik risklərin yüksək olmasıdır.
Bəs eyni baba, nənənin övladları - əmi, xala, dayı, bibi nəvələri arasında evliliklər necə?
Məsələ burasındadır ki, qohum evliliklərinə marağı bitib-tükənməyən insanlarımızda indi də 3-cü dərəcəli qohumlarla izdivaca maraq yaranıb. “Özümünküdür”, “Mal-mülk özgəyə getməsin” narahatlığıyla bacıqızı, qardaş qızından əldən çıxan valideynlər artıq onların övladlarına üz tutublar.
Publika.az xəbər verir ki, məhz bu məsələ cəmiyyətdə hələ də müzakirə mövzusudur.
Qanunda göstərilir ki, “baba və nənə eynidirsə” qadağan olunur, əmiuşaqlarının babası eyni olduğu kimi əminəvələrində də eyni vəziyyətdir, sadəcə “bir köynək aralı” olmaqla genetik təhlükə riski azalırmı?