Yeniazerbaycan saytından verilən məlumata görə, ain.az xəbər verir.
Macarıstan öz milli maraqlarını müdafiə etmək, xüsusilə Rusiyadan neft və qaz idxalına qoyulan qadağaya qarşı mübarizə aparmaq niyyətindədir.
AZƏRTAC xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban məlumat verib.
“Biz Rusiyadan neft və qaz idxalına qadağa qoyulmasına icazə verməyəcəyik. Əks halda ucuz enerji resursları əlçatan olmayacaq və kommunal xərclər azalmayacaq”, - deyə hökumət başçısı bildirib.
Viktor Orban əlavə edib ki, Budapeşt Ukraynanın qanunları pozaraq iki il ərzində Avropa İttifaqına daxil olmasına da imkan verməyəcək: “Həmçinin Macarıstan Kiyevə pul göndərməyəcək və həmin vəsaiti vətəndaşlarının ehtiyacları üçün istifadə edəcək”.
Xatırladaq ki, yanvarın 26-da Avropa İttifaqı Şurası Rusiya qazının idxalını qadağan edən qaydalar barədə razılığa gəlib. Razılaşmaya əsasən, maye qazın idxalına qadağa 2027-ci ilin əvvəlində, boru kəməri ilə tədarük olunan təbii qazın idxalına qadağa isə 2027-ci ilin payızında qüvvəyə minəcək. Brüssel bunun Rusiyanın enerji resurslarından asılılığa son qoymaq məqsədi daşıdığını vurğulayıb. Slovakiya və Macarıstan isə öz növbəsində Rusiya qazının idxalını qadağan edən qərarla bağlı Avropa Məhkəməsinə şikayət etmək niyyətində olduğunu bildirib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.