EN

Göyçayda zəncirvari qəza - Yaralı var

Göyçay rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb.


Manset.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Göyçay–Bərgüşad avtomobil yolunda baş verib. İlkin məlumata əsasən, hərəkətdə olan VAZ-2107 markalı minik avtomobili Ateko markalı yük avtomobili ilə toqquşub. Daha sonra minik avtomobili yol kənarında dayanmış eyni markalı digər VAZ-2107-yə çırpılıb.

Qəza nəticəsində 1968-ci il təvəllüdlü Esmira Cəbrayılova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
21
manset.az

1Sources