EN

Bakıda bəzi evlər plana düşə bilər

Abşeron rayonunun Mehdiabad qəsəbəsindən Bakı metropoliteninin "28 May" stansiyasına tramvay marşrutunun tətbiqi ilə bağlı layihələndirmə işləri həyata keçirilir. Bildirilib ki, bununla bağlı ilkin texniki-iqtisadi əsaslandırma sənədi artıq hazırdır. Həmçinin Bakıətrafı ərazilərdə dəmiryol nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə Yeni Suraxanı-Hövsan, Bakıxanov-Binə-Qala və Zabrat-Maştağa-Bağlar dəmir yolu xətlərinin bərpası, eləcə də bu xətlər boyunca mövcud stansiyaların yenidən qurulması və yeni stansiyaların inşası nəzərdə tutulur.

Sözügedən məsələlərin icrası ilə bağlı söküntü işlərinin həyata keçirilməsi ehtimal olunur. Qeyd etmək lazımdır ki, Qala və Binə istiqamətində evlər dəmiryol xətlərinə yaxın ərazilərdə yerləşir.

Publika.az xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az-a əmlak eksperti Ramil Osmanlı danışıb. O bildirib ki, layihələrin hər birinin icrası mümkündür.

O vurğulayıb ki, layihələndirmə tam başa çatdıqdan sonra məsələ ilə bağlı daha detallı fikir bildirmək olar:

"Layihələndirmə ondan ötrüdür ki, xəttin haradan keçəcəyi müəyyənləşdirilsin. Xəttin çəkilişi üçün maliyyə mənbələri bəlli olmalıdır. İqtisadi qiymətləndirmə aparılmalıdır. Müəyyənləşdirilməlidir ki, bu layihə hökumətə nə qədər fayda verəcək. Büdcədən səmərəli istifadə və investorların cəlb olunması baxımından işlər aparılmalıdır. Bu addımlar atıldıqdan sonra nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi mümkündür. Layihənin icrası zamanı müəyyən söküntü işlərinin həyata keçirilməsi ehtimal olunur. Lakin, dediyim kimi, layihələndirmə işləri tam yekunlaşdıqdan və xətlərin keçəcəyi ərazilər müəyyənləşdirildikdən sonra söküntü barədə detallı danışmaq olar. Hansı ərazilər xəttin keçəcəyi marşruta düşəcək və yaşayış evləri, eləcə də torpaq sahələrinin dövlətin istifadəsi üçün alınmasının zəruri olduğu müəyyən edilərsə, həmin obyektlərin alınmasına başlanılacaq".

Chosen
8
3
publika.az

4Sources