EN

Litvadan Rusiya və Belarus avtomobillərinə qadağa

ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Litva hökuməti Rusiya və Belarusdan gələn, çənində 200 litrdən artıq yanacaq olan avtomobilləri ölkə ərazisinə buraxmayacaq.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Gömrük Departamenti məlumat yayıb.

Qərara səbəb bir çox avtomobillərin Litva ərazisinə keçdikdən sonra çənlərdəki artıq yanacağı satmasıdır. 

Departamentdən verilən məlumata görə, gün ərzində Litvaya Rusiya və Belarusdan 200 civarında yük avtomobili daxil olur. Əgər hər avtomobillərin hər birindən orta hesabla 500 litr yanacaq çəkilsə, bu, hər il  büdcəyə yanacaq satışından daxil olan 2,2 milyon avro həcmində ƏDV-nin itkisi deməkdir.

L.Tağıyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
25
525.az

1Sources