EN

UEFA Çempionlar Liqası: “Qarabağ” məğlub olsa da, “play off”a çıxıb YENİLƏNİB

Apa.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində sonuncu oyuna çıxıb.

Apasport.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv səfərdə “Liverpul”la qarşılaşıb.

Görüş saat 00:00-da başlayıb və rəqibin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Təmsilçimiz bu nəticə ilə 10 xalla liqa mərhələsini 22-ci yerdə tamamlayıb və ölkə tarixində ilk dəfə turnirin pley-off mərhələsinə vəsiqə qazanıb.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi, VIII tur

00:00. "Liverpul" – "Qarabağ" - 6:0

Qollar: A.Mak Allister, 15, 61, F.Virts, 21, M.Salah, 50, H.Ekitike, 57

Baş hakim: İvan Kurjlyak

***

00:49UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turu çərçivəsində keçirilən “Liverpul” və “Qarabağ” komandaları arasındakı oyunda ilk hissə başa çatıb.

APA xəbər verir ki, “Enfild” stadionunda təşkil olunan matçda ev sahibləri fasiləyə 2:0 üstünlüklə yollanıb.

Matçı slovakiyalı FIFA referisi İvan Krujlyak idarə edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
52
7
apa.az

10Sources