EN

“Arsenal” ÇL-də bütün oyunlardan qalib gəldi

UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün ümumi mərhələsinin VIII turu çərçivəsində “Arsenal” klubu Qazaxıstanın “Kayrat” komandası ilə qarşılaşıb.

90deqiqe.Az-ın məlumata görə, “Emirates” stadionunda keçirilən oyunu İsveçrədən olan baş hakim Urs Şnider idarə edib. Görüş “Arsenal”ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçın gedişində hesabı 2-ci dəqiqədə Viktor Qyökereş açaraq London klubunu önə çıxarıb. 7-ci dəqiqədə Jorjinyu penalti zərbəsini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib. 16-cı dəqiqədə Kay Haverts “Arsenal”ı yenidən önə çıxarıb, 38-ci dəqiqədə isə Qabriel Martinelli üçüncü qolu vurub. Qonaqların ikinci qolunu 90+4-cü dəqiqədə Rikardinyo qeydə alıb.

Bu qələbə ilə “Arsenal” 24 xalla ümumi cədvəldə birinci pillədə qərarlaşıb və əvvəldən Çempionlar Liqasının 1/8 finalına yüksəlməsini təmin edib. “Kayrat” isə 1 xalla turnirin sonuncu pilləsində qalaraq yarışla vidalaşıb.

Chosen
26
90deqiqe.az

1Sources