UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün VIII turunda “Monako” və “Yuventus” üz-üzə gəlib.
90deqiqe.Az-ın məlumata görə, görüş heç-heçə ilə – 0:0 – yekunlaşıb.
Matçın əvvəlində “Yuventus”un qapıçısı sadə vəziyyətdə topu Magnes Akliuşa göndərib, lakin hücumçu düzgün zərbə vura bilməyib. Vanderson uzaqdan zərbə ilə cəhd edib, qapıçı topu önünə çıxarıb, müdafiəçilər isə tamamlamasına imkan verməyiblər. Loi Openda isə rəqib cərimə meydançasında sıx zərbə endirsə də, top qapıya düşməyib.
Həm birinci, həm də ikinci hissə qolsuz keçib, ikinci yarıda demək olar ki, heç bir təhlükəli vəziyyət yaranmayıb.
Ümumi mərhələni “Yuventus” 13-cü, “Monako” isə 21-ci pillədə başa vurub. Hər iki komanda 1/16 final mərhələsi oyunlarına çıxacaq.