EN

3 yaşlı bilyard oyunçusu Ginnesin Rekordlar Kitabında

Böyük Britaniyada üç yaşlı Cud Ouens adlı oğlan artıq hər gün bağçaya getməkdən bezib və bunun əvəzinə bilyardın bir növü olan snuker üzrə peşəkar oyunçu olmaq qərarına gəlib. Azyaşlının adı bu yaxınlarda Ginnesin Rekordlar Kitabına daxil edilib.

AzEdu.az xəbər verir ki, bu barədə "Knife.media" saytı məlumat verib.

Məlumata görə, hər şey ondan başlayıb ki, rekordçunun atası Lük Ouens oğluna mini-bilyard masası hədiyyə edib. Cud snukerə aludə olub və tezliklə böyüklər üçün olan masalarda oynamağa başlayıb. Toplara çatmaq üçün balaca oğlan kiçik bir taburetdə tarazlığını qoruyur. Atasının sözlərinə görə, gənc idmançı kiyi olduqca inamla tutur.

Cudun bacarıqları o qədər unikaldır ki, 2 il 261 günlüyündə o, snukerdə "ikiqat senberri" (ikili zərbə) vuran ən gənc oyunçu kimi tanınıb. Sadə dillə desək, uşaq bir kiy zərbəsi ilə iki topu müxtəlif dəliklərə keçirib.

Chosen
24
2
azedu.az

3Sources