EN

İstefa verdi, bir neçə saat sonra işinə qayıtdı 

Azərbaycanda vəzifəli şəxs istefa verdikdən bir neçə saat sonra əvvəlki işinə qayıdıb.

KONKRET.az  xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Azər Niftiyev yanvarın 28-də axşam saatlarında özünün sosial şəbəkə hesabında vəzifəsindən istefa verməsi ilə bağlı paylaşım edib:

“Əziz dostlar!

Bu gün bəzi mətbuat orqanlarında Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin rəhbəri vəzifəsindən uzaqlaşmağımla bağlı xəbərlər yayılıb.

Məlumat üçün bildirim ki, başqa layihə ilə bağlı belə bir plan var idi. Mən bu barədə “wotchap” statusumda paylaşım etsəm də, sonradan bu qərar dəyişdi və hazırda Palatada fəaliyyətim davam edir.

Bu arada medianın Palata təyinatlarına və “xaric etmələrinə” yüksək diqqəti AQP-nin daim artan nüfuzundan xəbər verir”.

Chosen
24
2
konkret.az

3Sources