
Ziyarət zamanı Alena Əliyeva autizm spektr pozuntusu olan uşaqlar üçün yaradılmış şərait, həyata keçirilən reabilitasiya və sosial adaptasiya proqramları ilə yaxından tanış olub. Mərkəzin fəaliyyəti, tətbiq edilən müasir terapiya metodları və dövlət dəstəyi çərçivəsində görülən işlər barədə ətraflı məlumat verilib.
Alena Əliyeva həssas sosial qruplara, xüsusilə autizmli uşaqlara göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. O, bu sahədə həyata keçirilən layihələrin cəmiyyətin sosial rifahının gücləndirilməsinə mühüm töhfə verdiyini qeyd edib.
Görüş zamanı mütəxəssislərlə fikir mübadiləsi aparılıb, autizmli uşaqların cəmiyyətə inteqrasiyası istiqamətində görülən işlərin genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Ziyarət xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb.








