EN

Deputat: Pensiya artımları fevralda yanvar ayı ilə birlikdə ödəniləcək

"Yanvar ayında pensiyalar artımla ödənilməyib, çünki indeksasiya üçün əsas olan orta aylıq əmək haqqının illik rəsmi göstəricisi hələ açıqlanmayıb. Bu göstərici fevral ayının ilk 10 günündə məlum olacaq və bundan sonra pensiyalar yanvarın 1-dən hesablanmış artımla birlikdə fevralda ödəniləcək".

QHT.az xəbər verir ki, bu sözləri deputat Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, indeksləşdirmə yaşa, əlilliyə və ailə başçısını itirməyə görə bütün əmək pensiyalarına şamil olunur.

Chosen
28
qht.az

1Sources