EN

"Qarabağ"ın qənimi həftənin ən yaxşısı seçiləcək?

UEFA-nın mətbuat xidməti Çempionlar Liqasının 8-ci turunun ən yaxşı oyunçusu adına namizədləri açıqlayıb.

Publika.az xəbər verir ki, namizədlər arasında “Liverpul”un yarımmüdafiəçisi Aleksis MakAllister, “Benfika”nın üzvü Andreas Şelderup, “Çelsi”nin hücumçusu Joao Pedro və “Bayer Leverkuzen”in futbolçusu Malik Tillman yer alıb.

MakAllister “Qarabağ”a qarşı oyunda (6:0) iki qol vurub, Şelderup “Real”la matçda (4:2) dubl edib, Joao Pedro “Napoli” ilə qarşılaşmada (3:2) iki dəfə fərqlənib, Tillman isə “Vilyarreal”ın qapısından iki top keçirib (3:0).

Chosen
27
publika.az

1Sources