EN

Millinin 45 yaşlı sabiq hücumçusu Yeddinci Liqa klubunda

İspaniya millisinin sabiq ulduzu Dani Quizanın yeni klubu məlum olub.

Sportinfo.az xəbər verir ki, 45 yaşlı hücumçu səviyyəcə 7-ci liqada çıxış edən “Xerez İndustrial”a keçib.

Təcrübəli forvardla bu ilin iyununa qədər müqavilə imzalanıb.

D.Quizan karyerası ərzində “Fənərbaxça”, “Barselona”, “Kadis”, “Mayorka” və “Xetafe” kimi klublarda çıxış edib. Onun son iş yeri İspaniyanın 7-ci liqasında çıxış edən “Rayo Sanluqeno” klubu olub.

Chosen
14
sportinfo.az

1Sources