EN

2025 ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb

ain.az bildirir, Marja.az portalına istinadən.

2025-ci ildə Az'rbaycan;n bank setorunda çalışanların sayı 2026 nəfər artıb.

Marja.az bu barədə Mərkəzi Bankın "Statistik bülleten Dekabr - 2025" buraxılışını istinadən xəbər verir.

Bülletendə bildirilir ki, 31 dekabr 2025-ci il tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 502, şöbələrinin sayı 87, ATM-lərin sayı 3 min 486 olmuşdur. 2025-ci ilin Dekabr ayında noyabr ayı ilə müqayisədə bank sektorunda çalışanların sayı 1.4% və ya 369 nəfər artaraq 27 min 389 nəfər (ilin əvvəlindən 8% və ya 2026 nəfər) təşkil etmişdir. 

31 dekabr 2024-cü il tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 485, şöbələrinin sayı 88, ATM-lərin sayı 3 min 230 olmuşdu. 2024-cü ilin dekabr ayında noyabr ayı ilə müqayisədə bank sektorunda çalışanların sayı 0.6% və ya 144 nəfər artaraq 25 min 363 (ilin əvvəlindən 7.6% və ya 1794 əməkdaş artmışı) nəfər təşkil etmişdi.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
8
1
marja.az

2Sources