ABŞ dövlət katibi Marko Rubio Venesuelada yeni hərbi əməliyyat planının olmadığını bildirib.
Turkustan.az xəbər verir ki, o, qeyd edib ki, buna baxmayaraq, Prezident Donald Tramp baş komandan kimi ABŞ-ın milli maraqlarını qorumaq məqsədilə mümkün hərbi variantları heç vaxt tam istisna etmir.
Rubio Senatın Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələr zamanı senatorların Venesuela ilə bağlı suallarını cavablandırıb.
Yanvarın 3-də Venesuela prezidenti Nikolas Maduroya qarşı ABŞ-ın mümkün hərbi əməliyyatını müdafiə edən Rubio, Vaşinqtonun bütün hallarda Cənubi Amerikadakı maraqlarını qorumaqda davam edəcəyini vurğulayıb.
Venesuelaya qarşı potensial yeni hərbi əməliyyat ehtimalına toxunan Rubio bildirib: “Sizə indidən əminliklə deyə bilərəm ki, Venesuelada hər hansı hərbi əməliyyat keçirmək niyyətimiz yoxdur. Biz bunu nə gözləyirik, nə də planlaşdırırıq.”
Aytən Yaşar/ Turkustan.az