UEFA Çempionlar Liqasında Liqa mərhələsinə 18 oyunla yekun vurulub.
Ölkə.Az xəbər verir ki, gecənin ən yaddaqalan qarşılaşması Portuqaliyada baş tutan "Benfika" - "Real Madrid" olub.
Belə ki, meydan sahiblərinin qapıçı son dəqiqədə vurduğu qol ilə komandasını pley-off mərhələsinə daşıyıb.
"Real Madrid" oyunun əlavə vaxtında bərabərlik qolunu vurmağa çalışarkən, "Benfika"nın qolkiperi Anatoli Trubin 90+8-ci dəqiqədə hücuma qoşulub və standart vəziyyətdən ötürülən topu qapıdan keçirib.
Portuqallar hesabda irəlidə olsalar da, bu son dəqiqə möcüzəsi "Benfika"ya hava-su kimi lazım idi və bununla pley-offa vəsiqəni təmin ediblər.