EN

Həbsdən çıxan bəstəkar: “Ancaq yeni müğənnilərlə işləyəcəyəm”

“Sözün açığı, həbsxana günləri ilə bağlı nəsə danışmaq istəmirəm, çünki mənim üçün həyat yenidən başlayır. Yeni səhifə açmış, köhnələri bağlamışam. Demək istədiyim odur ki, həbsxanadan cəza müddətim başa çatdığı üçün yox, Prezidentin imzaladığı amnistiya aktına əsasən çıxmışam. Bu addımı da dəstəkləyirəm. Əməyi olan hər kəsə təşəkkür edirəm. Atılan bu humnist addım sayəsində minlərlə adam sevindi, onlardan biri də mən oldum”.

Bunu “Yeni Sabah”a açıqlamasında bir müddət əvvəl həbsdən çıxan bəstəkar Tural Bayraməliyev deyib.

Onun sözlərinə görə, bundan sonrakı həyatında yalnız yeni müsiqilər, yeni bəstələr olacaq:

“Bütün neqativ hallar geridə qaldı. Musiqi bəstələyəcək, şeirlər yazacağam. İşimi davam etdirəcəyəm. 

Mən həmişə dövlətimin yanında olmuşam, bundan sonra da olacam. Bununla bağlı bir neçə mahnım var, yeniləri də olacaq.

Həbs müddətində məni axtaran çox az sayda adam oldu. Barmaqla sayılacaq qədər. Axtaran-arayan hər kəsə təşəkkür edirəm. Həbsdə olarkən mahnılarımın ifasına qadağa qoymuşdum. Artıq qadağanı da aradan qaldırıram. Kim istəsə bəstələrimi ifa edə bilər. Bundan sonra yoluma sevgi ilə davam etmək istəyirəm. Kiminləsə düşmənçilik etmək niyyətim yoxdur”.

Bəstəkar bundan ifaçılara xüsusi diqqət edəcəyini deyib:

"İndi hansı müğənniyə mahnı verəcəyimi yüz ölçüb-biçəcəyəm. Güman ki, həmin siyahıda köhnə ifaçılar olmayacaq. Yeni müğənnilərlə çalışmağı düşünürəm. Köhnə mahnılarımı ifa edənlərlə işbirliyi qurmağı fikirləşmirəm. Olsa belə, seçim edərək qərar verəcəm. Məsələn, Xalq artistləri Brilliant Dadaşova, Nisə Qasımova kimi ifaçılar arzu etsələr onlarla işləyə bilərəm”.

Aydan Hacı 


Telegram kanalımız
Chosen
11
2
yenisabah.az

3Sources