EN

Rubio:  NATO nə etdiyini bilmir 

ABŞ dövlət katibi Marko Rubio Senatda keçirilən dinləmələrdə çıxışı zamanı NATO-nun gələcək formatının “yenidən təsəvvür edilməli” olduğunu bildirib və Ukraynaya dair təhlükəsizlik zəmanətləri mövzusuna toxunub.

“The Guardian” qəzetinin məlumatına görə, Rubio qeyd edib ki, Avropa müttəfiqləri alyans daxilində real rol oynamaq üçün müdafiə qabiliyyətlərinə yatırımları köklü şəkildə artırmalıdır. Onun sözlərinə görə, Vaşinqton yalnız Avropaya fokuslanmır və ABŞ-ın digər regionlarda da təhlükəsizlik ehtiyacları var.

Ukrayna ilə bağlı danışan Rubio təhlükəsizlik zəmanətləri ətrafında geniş müzakirələrin aparıldığını xatırladıb. O bildirib ki, hazırkı razılaşmalar əsasən az sayda Avropa qoşununun – xüsusilə Fransa və Böyük Britaniya qüvvələrinin – Ukraynada yerləşdirilməsini və bunun ABŞ tərəfindən dəstəklənməsini nəzərdə tutur. “Amma əsl təhlükəsizlik zəmanəti ABŞ-ın dəstəyidir,” – deyə Rubio vurğulayıb.

Dövlət katibi müharibə başa çatdıqdan sonra bəzi Avropa ölkələrinin Ukraynaya qoşun göndərməyə hazır olmasını kiçiltmədiyini desə də, ABŞ-ın iştirakı olmadan bunun effektiv olmayacağını qeyd edib.

Rubio, Avropa müttəfiqlərinin son onilliklərdə müdafiəyə yetərli sərmayə qoymamasını mövcud problemlərin əsas səbəblərindən biri kimi göstərib. Bununla yanaşı, bəzi ölkələrdə bu yanaşmanın artıq dəyişdiyini də əlavə edib.

“ABŞ olmadan NATO da yoxdur,” – deyə Rubio Sky News-a açıqlamasında bildirib. Onun sözlərinə görə, NATO-nun güclənməsi üçün tərəfdaşlar da güclü olmalıdır: “ABŞ yalnız Avropaya fokuslana bilməz. Qərb yarımkürəsində və Hind-Sakit okean bölgəsində də müdafiə ehtiyaclarımız var. Biz dünyanın ən varlı ölkəsi ola bilərik, amma resurslarımız sonsuz deyil.”

Rubio müttəfiqləri daha çox məsuliyyət götürməyə və konkret addımlar atmağa çağırıb.

Chosen
27
veteninfo.az

1Sources