EN

Ramin Musayev: Mövsümün əvvəli Ağdam klubundan bu nəticəni gözləmirdim

ain.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Peşəkar Futbol Liqasının (PFL) sabiq prezidenti və "Neftçi"nin keçmiş vitse-prezideti Ramin Musayevin Sport24.az-a müsahibə verib.- Azərbaycan çempionatını izləyirsiz?- Yanvardan əvvəl izləyirdim. Sözün açığı qış fasiləsindən sonrakı turun oyunlarına baxmamışam.- Premyer Liqanın səviyyəsini necə dəyərləndirirsiz?- Premyer Liqanın səviyyəsi yüksəlib. Bunu etiraf etmək lazımdır. Komandaların sayı artıb, bölgə klubları elitaya qayıdıb.- "Neftçi"nin hazırkı durumu barədə fikirlərinizi bilmək istərdik...- Çempionat başlamamışdan əvvəl demişdim ki, "Neftçi"yə bir ana lazımdır qarşısına qoyub ağlasın. Yeni baş məşqçi Yuri Vernidubun gəlişindən sonra böyük fərq hiss olunmur. Mövsümün sonunda uğursuz nəticə olsa, Ukraynalı mütəxəssis deyəcək ki, heyəti mən yığmamışam, vaxt verin. Bu vəziyyət neçə ildir "Neftçi"də davam edir. Bizdə legioner məşqçilərə illərlər vaxt verilir, yerlilərə isə yox. Yerli məşqçi ilə işləmək istəmirlər ki, uğursuzluq olanda üz-üzə gələ bilsinlər.- Azərbaycan millisindən bu il hansı nəticələr gözləyirsiniz?- Milli komandamızdan heç bir gözləntim yoxdur. Hansı futbolçu ilə uğur gözləyək? Bir qapıçımız var, zədələnsə kim əvəz edəcək? Müdafiədə bir Bəhlulumuz var, zədələnsə, kim əvəz edəcək? Siyahını artırmaq olar. Mənim narazılığım baş məşqçilərə deyil. Çempionatımızda heç bir komanda yığmanı düşünmür. Çünki sponsor və klubun rəhbərliyi məşqçilərdən nəticə tələb edir. Legioner limitinin ləğvi birbaşa milliyə təsirini göstərir. Onsuz da yığmanın oyunçularına dəyər verən yoxdur. Bu günə qədər eşitmisiz ki, hansısa klub rəhbəri baş məşqçidən tələb etsink ki, millinin futbolçusunu oynat.- "Qarabağ"ın Çempionlar Liqasındakı tarixi nəticəsi haqda fikirləriniz necədir?- "Qarabağ" tarix yazmaqda davam edir. Onları təbrik edirəm. Səmimi olsaq, mövsümün əvvəli Ağdam klubundan bu nəticəni gözləmirdim. Yenə də baş məşqçi Qurban Qurbanov başda olmaqla, komanda bizi təəccübləndirməyi bacardı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
9
sport24.az

1Sources