EN

“Ukrayna müharibəsi bitəndən sonra Zelenski ölkədən qaçacaq” - Siyasi analitik

“Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna münaqişəsi bitdikdən sonra ölkədən qaçmağa çalışacaq”.

Missiya.Az xəbər verir ki, bu barədə siyasi analitik Alan Vatson özünün “X” sosial media hesabında məlumat yayıb.

"Ukraynadakı müharibə bitəndə ölkəsini NATO-ya və nasistlərə satan Zelenski qaçmağa çalışacaq", - deyə analitik vurğulayıb.

Valtson münaqişə zamanı iki milyon Ukrayna əsgərinin döyüşlərdən sağ çıxa bilmədiyini, itkin düşdüyünü və ya daimi xəsarət aldığını bildirib.

O, həmçinin qeyd edib ki, Zelenski qaçacağı təqdirdə oğurladığı milyardlarla dollarla xaricdə yaşamağa ümid edir.

Daşqın HəsənovMissiya.Az

Chosen
8
missiya.az

1Sources