EN

BNA nın keçmiş vəzifəli şəxsi taksi şirkətinə rəhbər təyin edildi (FOTO)

Qaynarinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Enar Taxi” şirkətinin rəhbərliyində yeni təyinat olub.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, qəbul edilən müvafiq qərara əsasən, şirkətin qanuni təmsilçisi dəyişib.

Belə ki, Etibar Əliağa oğlu Quliyev "Enar Taxi” şirkətinin yeni qanuni təmsilçisi təyin edilib. O, bu vəzifədə Ağacan Abbas oğlu Abbasovu əvəzləyib. 

Məlumata görə, "Enar Taxi” MMC ölkənin aparıcı taksi xidmətlərindən bir olan "189 Taxi”yə bağlıdır.

Qeyd edək ki, 56 yaşlı E.Quliyev nəqliyyat sahəsində müxtəlif rəhbər vəzifələrdə çalışıb. O, 2002-2007-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin "Sərnişin Servis” MMC-nin, 2007-2010-vu illərdə Nəqliyyat Nazirliyinin 3 nömrəli Avtoparkının, 2010-2018-ci illərdə "Bakı Sərnişin Servis Avtobus Parkı” MMC-nin və  2018-2021-ci illərdə isə BNA "Zığ Avtoparkı” MMC-nin direktoru vəzifəsində işləyib. Sonralar isə "Aztexnika LTD” MMC-nin Nəqliyyat Departamentinin rəisi vəzifəsində çalışıb. O, 2017-ci ildən Azərbaycan Texniki Universitetin avtonəqliyyat fakultəsində Dovlət Attestasiya Komissiyasının sədri olub.

E.Quliyev 2024-cü ildə Milli Məclisə keçirilən növbədənkənar seçkilərdə YAP-ın 31 saylı Suraxanı seçki dairəsindən namizədi olub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
18
3
qaynarinfo.az

4Sources