EN

WhatsApp istifadə edənlərin NƏZƏRİNƏ - Bundan sonra...

"WhatsApp" mesenceri bir neçə ödənişli abunəlik üzərində işləyir. Bu, Android üçün tətbiqin beta versiyasının yeniləmələrindən məlum olub. "Google Play" Beta proqramının iştirakçıları üçün əlçatan olan 2.26.4.8 nömrəli yeni yığımda eksklüziv funksiyalara malik əlavə tarifin hazırlanmasına dair əlamətlər aşkarlanıb.

Far.Az xəbər verir ki, bu barədə "WhaBetaInfo" (WBI) portalı məlumat yayıb.

Daha əvvəl WhatsApp-da Avropa və Böyük Britaniyada "Yeniləmələr" bölməsində reklamsız ayrıca abunəliyin istifadəyə verilməsi planları ilə bağlı məlumatlar ortaya çıxmışdı. Bu tarif istifadəçilərə statuslara reklam elanları və təşviq olunan kanallar olmadan baxmaq imkanı verəcək. Abunəlik məcburi deyil və mesencerin əsas funksiyalarına təsir etməyəcək.

İndi isə şirkət daha bir ödənişli plan üzərində çalışır. Bu tarif genişləndirilmiş imkanlar təqdim edəcək. İstifadəçilər abunə olaraq tətbiqin fərdiləşdirilməsi üçün əlavə funksiyalar əldə edəcəklər. Bunlara premium stikerlər, yeni dizayn mövzuları, üçdən çox çatın bərkidilməsi imkanı, mesajlar üçün ayrıca zəng səsləri dəstləri və tətbiq üçün alternativ ikonların seçimi daxildir.

Abunəliyin qiyməti hələ açıqlanmayıb və ölkələrə görə dəyişəcək. "WBI" qeyd edir ki, rəsmi təqdimata qədər funksiyalar dəsti dəyişə bilər və zamanla istifadəçi rəylərinə əsasən tarif yeni imkanlarla zənginləşdiriləcək.

Eksklüziv funksiyalara malik yeni abunəlik "Yeniləmələr" bölməsindəki reklamsız tarifdən ayrı şəkildə mövcud olacaq. Hər iki variant könüllü olacaq. Bununla yanaşı, mesencerin məxfilik siyasəti dəyişməyəcək. Əsas imkanlar və şəxsi yazışmalar əvvəlki kimi pulsuz qalacaq.

Chosen
1
1
far.az

2Sources