EN

Azərbaycanda sənədləşdirilməsi mümkün olmayan 500 min tikili var – Rəsmi


“Azərbaycanda təqribən 400-500 min civarında sənədsiz və ya sənədləşdirilməsi mümkün olmayan tikililər var”.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, bunu “Daşınmaz əmlakın dövlət kadastrı və reyestri sahəsində 2025-ci ildə görülmüş işlərə dair təqdimat” zamanı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin İdarə Həyətinin sədri Nigar Alimova deyib.
“Bu tikililərin statistikasını tam verə bilməməyimiz üçün sözsüz ki, geniş miqyaslı inventarlaşdırma işləri həyata keçirməliyik. Amma qeyri-yaşayış tikililəri üzrə müraciətlərdən təxmin eləsək, yəqin ki, bu qeyd etdiyim rəqəmdən ən azı 10 dəfə çox fərdi yaşayış tipli tikililərin mövcud olduğunu təxmin etmək olar”, - N. Alimova əlavə edib.
O bildirib ki, Prezidentin torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında Fərmanının icrası çərçivəsində ölkədə 60 928 ailə dövlət vəsaiti hesabına elektron çıxarışla təmin edilib:
Chosen
82
10
yeniavaz.com

10Sources