EN

Azərbaycan elminə heç nə qazandırmayan məmur akademik Orxan Saffari yazır...

Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycanlı ədəbiyyatşünas, ictimai xadim, yazıçı, publisist, tərcüməçi, mətnşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyinin direktoru, Filologiya elmləri doktoru, Professor, AMEA-nın həqiqi üzvü, millət vəkili, Milli Məclisin sədr müavini adına şəxsən mən layiq görməsəm də, Rəfael Hüseynov bütün bu adlara sahibdir.

Heç şübhəsiz, burada “Nə üçün? Niyə?” kimi suallar çıxır ortaya, fəqət cavablar elmə və ictimaiyyətə məlum deyil, artıq ritorik xarakter daşıyır.

Rəfael Hüseynov həm vəzifədə, həm də sənətdə hər yerdə olmaq istəyən adam olsa da, onu heç yerdə görmürlər. Daha dəqiq, Rəfael Hüseynov da adamın ara-bir qabağına çıxır, ancaq tez keçirsən.

O, bu gözəl həyatda nə etsə də, heç cür maraqlı ola bilmir. Çünki gözəl edə bilmir. Nə siyasi olaraq, nə də elmi-bədii fəaliyyətlə.

Hər şeydən əvvəl onun heç də zəngin olmayan, kifayət qədər mənasız hesab edilə bilən yaradıcılığı var. Hansı ki, bura Rəsul Rza və Nigar Rəfibəyli haqqında “İki ömrün işığı” adlı xatirələr kitabı xüsusilə daxildir.

Adama deyərlər, məsələn, Rəsul Rza-nın özünün nə dəhşətli yaradıcılığı var ki, hələ bir ona xatirə kitabı da yazırsan? Yenə yaxşıdır, Anar haqqında yazmayıb. Ancaq yazsa da, problem deyil. Rəfael Hüseynov qələminə yaraşan şeydi.

Onun ümumən şərqşünaslıq, ədəbiyyatşünaslıq, kulturologiya aid yazdığı kitabların da heç biri maraqlı deyil. Ümumiyyətlə, heç kim onun kitablarına heç bir şəkildə müraciət etmir.

Onun radio və televiziya jurnalistikası ilə də məşğul olması bir ayrı faciədir.

Ümumiyyətlə, Rəfael Hüseynov necə deputatdırsa, elə də yazıçıdır. Yaxşı olardı ki, o, hərşeyşünaslıq haqqında bir kitab yazsın. Onsuz da, onu belə heç kim oxumayacaq.

İndiyə qədər onun haqqında yazılan yazıların da bütün mahiyyəti belədir:

“Rəfael Hüseynov filan şeydən yazdı, filan şey etdi”. Ortada isə heç bir nümunə yoxdur. Çünki tənqidçilər, daha dəqiq, tərifçilər də ömrünü tərifə həsr edən bu adamdan yazmağa bir şey tapa bilmir.

Məsələn, mənə o da maraqlıdır ki, indiyə qədər hansısa vətəndaş Rəfael Hüseynovun faəliyyətindən razı qalıbmı?

Niyə heç bir kürdəmirli ona deməyib ki, Rəfael müəllim, bura niyə belə istidir? Çünki ondan başqa ciddi nələrsə soruşmaq mümkün deyil. Ancaq əminəm, Rəfael Hüseynov o suala da bir şey tapıb deyəcəkdi.

Təxminən belə:

“Mən AŞPA-da çıxış edəndə bir dəfə vurğulamışdım ki, Azərbaycanın zəngin təbiəti, maraqlı iqlimi var. Bir sıra həqiqətləri çatdırdım və Kürdəmir məsələsinə xüsusi diqqət yetirdim”.

Rəfael Hüseynov ümumən həmişə mənasız, konyuktur açıqlamalarla gündəmə gəlib. Məsələn, sonuncu açıqlamalardan biri belə idi:

“Jurnalist hər hansı təzyiqlərə məruz qalmamalıdır. Əgər qalırsa, bunun səbəbini kənarda yox, elə jurnalistin özündə axtarmaq lazımdır”.

Əslində, özü həm məmur, həm də sənət adamı olaraq mənasız olsa da, fəaliyyətində maraqlı məqamlar var.

Məsələn, vaxtilə partiya sədrinin sözünü kəsdiyinə görə töhmət alması əlamətdar hadisə idi. O yaşda o cür töhmət nəyə desən dəyər.

Onu deyim, töhmət Rəfael Hüseynovun əyninə yaraşan kimi heç kimi yaraşmır. Azərbaycanda töhmət alan adamlar çoxdur, ancaq Rəfael Hüseynov kimisi yoxdur. Rəfael Hüseynov töhməti o qədər sevir ki, başqası alanda da inciyir, istəyir, yenə özü alsın, elə bilir, bu da bir vəzifədi.

Əslində, Rəfael Hüseynov xüsusi olaraq məhz akademik olmamalıdır. Çünki onun yazdıqları elmi yox, publisistik məqalələr, əsər demək olarsa, əsərlərdir. Məgər “Vaxtdan uca”, “Məshəti Gəncəvi – özü, sözü, izi”, “Min ikinci gecə” və.s kimi yazılar nə vaxtdan elmi, akademik yazılar olub?

Hərşeyşünas olan Rəfael Hüseynov akademik olmasa nə itirirdi ki?

Ancaq onun akademik olması ilə Azərbaycan elmi bir qram da nəsə qazanmadı. Heç qazanmayacaq da. Bunun üçün əvvəlcə, adamın özünün böyük bir elmi olmalıdır. Elm də töhmət deyil ki, asanlıqla alasan.

Orxan Saffari

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
16
icma.az

1Sources