EN

Arda Güler tarixi oyunda “dəliyə döndü”: “Niyə hər zaman mən çıxıram” – VİDEO

Benfica “Real Madrid”i 90+8-ci dəqiqədə qapıçısının vurduğu qol ilə 4-2 hesabı ilə məğlub edərək play-off-a yüksəlib.

Bizim.Media xəbər verir ki, matçın ən çox danışılan anlarından biri isə Arda Gülerin oyundan çıxarkən verdiyi reaksiya olub.

Arda Güler oyundan çıxarkən “Niyə hər zaman mən çıxıram, yetər artıq” deyərək etiraz edib.

Jose Mourinhonun çalışdırdığı Benfica, əlavə vaxtda qapıçı Trubinin vurduğu qol ilə matça damğa vurub. Bu qol ilə Benfica 24-cü yerə yüksələrək play-off-a çıxıb, Real Madrid isə ilk 8-liyə düşə bilməyib.

Milli futbolçu Arda Gülerin oyundan çıxarkən göstərdiyi bu reaksiya sosial mediada qısa müddətdə geniş əks-səda doğurub.


Bizim.Media

Chosen
25
1
bizim.media

2Sources