EN

Bülənt Ərsoyun sərvəti: 28 mənzil, şəxsi ada və milyonlarla dollar

ain.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyəli müğənni Bülənt Ərsoy bu dəfə sərvəti ilə gündəmə gəlib.

Axşam.az xəbər verir ki, ifaçının sahib olduğu sərvət "Pulum çoxdur, xərcləməyə yer axtarıram" açıqlaması ilə yenidən maraq oyadıb.

Bildirilib ki, Ərsoy təkcə İstanbulda 28 mənzilə sahibdir. Bundan başqa, Türkiyənin müxtəlif bölgələrində yerləşən 4 ultra lüks villa da onun daşınmaz əmlak siyahısına daxildir. Bodrum, Antalya və İzmirdə bağ evləri də müğənninin mülkləri arasındadır.

Bülənt Ərsoyun ən diqqətçəkən sərmayələrindən biri Marmarisdə yerləşən şəxsi adasıdır. Bundan əlavə, sənətçinin Fəthiyədə yanacaqdoldurma məntəqəsi, İstanbulun Fənərbağça ərazisində isə xüsusi sauna biznesi olduğu bildirilir.

60 milyon dollar nağd pul və zinət əşyaları

Ərsoyun sərvəti təkcə daşınmaz əmlakla məhdudlaşmır. Onun nağd və zinət əşyalarının dəyərinin 60 milyon dollardan çox (təxminən 102 milyon manat) olduğu deyilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
52
1
axsam.az

10Sources