EN

Cəkson-Vənik düzəlişi Azərbaycanın üzərindən qaldırıla bilər

BAKI, 29 yanvar. TELEQRAF

ABŞ Mərkəzi Asiya ölkələri ilə ticarət məhdudiyyətlərinin ləğvini dəstəkləyir.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət Katibi Marko Rubio açıqlama verib.

Hazırda qüvvədə olan 1974-cü il Cəkson-Vənik düzəlişi Marko Rubio tərəfindən soyuq müharibənin bir parçası adlandırılıb.

Qeyd edək ki, bu düzəliş ölkələrə ticarətdə ən çox üstünlük verilən statusu, dövlət kreditləri və kredit zəmanətlərini təmin etməyi qadağan edir, xüsusilə də vətəndaşlarının hüquqlarını pozan və miqrasiya azadlığını məhdudlaşdıran ölkələrə aid edilir.

Həmçinin, düzəliş bazar iqtisadiyyatı olmayan”ölkələrdən idxal edilən mallara diskriminasiyaedici tariflərin tətbiqini nəzərdə tutur.

Xatırladaq ki, 2012-ci ildə bu düzəliş Rusiya ilə bağlı ləğv edilib, lakin bir sıra MDB ölkələrinə, Azərbaycan, Belarus, Qazaxıstan, Tacikistan, Türkmənistan və Özbəkistan hələ də tətbiq olunur.

Chosen
67
3
teleqraf.com

5Sources