EN

ABŞ-də əlverişsiz hava səbəbindən ölənlərin sayı 73-ə çatdı

Bakı. Trend:

ABŞ-də qar çovğunu səbəbindən həyatını itirən insanların sayı 73nəfərə çatıb.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, çovğunun birbaşa təsiri nəticəsində azı 49 nəfərhəyatını itirib. Müxtəlif ştatlardan hava ilə potensial əlaqəlidaha 24 ölüm halı barədə məlumatlar daxil olub. Ölüm səbəblərisırasında hipotermiya (bədənin həddindən artıq soyuması),yol-nəqliyyat hadisələri, eləcə də qarın əl ilə təmizlənməsi zamanıbaş verən ürək tutmaları göstərilir.

“NBC News” telekanalının məlumatına əsasən, həlak olanlarArkanzas, Kanzas, Luiziana, Massaçusets, Missisipi, Nyu-Cersi,Ohayo, Pensilvaniya, Tennessi və Texas ştatlarında qeydəalınıb.

Qeyri-sabit hava ABŞ-də 200 milyondan çox sakinin güzəranınatəsir göstərib, bəzi bölgələrdə qar örtüyünün qalınlığı 50 sm-dənçox olub. Əlverişsiz hava səbəbindən ötən həftəsonundan etibarənölkə üzrə on minlərlə aviareys ləğv edilib

“PowerOutage” monitorinq resursunun məlumatına görə, hazırdatəxminən 300 min istehlakçı hələ də elektrik enerjisindənməhrumdur. Onların əksəriyyəti ölkənin cənub-şərqində yerləşənTennessi və Missisipi ştatlarında yaşayır.

Məqalədə:
Chosen
67
39
az.trend.az

10Sources