EN

Avstraliya Əfqanıstana humanitar yardım üçün əlavə 35 milyon dollar ayırıb

Bakı, 29 yanvar, AZƏRTAC

Avstraliya hökuməti Əfqanıstan xalqına humanitar yardım məqsədilə əlavə 35 milyon dollar ayırdığını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, qərar cümə axşamı ölkənin xarici işlər naziri Penni Vonq və beynəlxalq inkişaf naziri Enn Ali tərəfindən elan edilib. Bildirilib ki, yeni vəsaitlə birlikdə Avstraliyanın 2021-ci ildən bu yana Əfqanıstana ayırdığı ümumi humanitar yardımın həcmi 310 milyon Avstraliya dollarına çatıb.

Bəyanatda maliyyənin əsasən qadınlar və qızların dəstəklənməsinə, qida təhlükəsizliyinə, səhiyyə xidmətlərinə, həmçinin əhalinin hüquq və təhlükəsizliyinin qorunmasına yönəldiləcəyi vurğulanılıb.

Qeyd edək ki, UNICEF-in məlumatına görə, Əfqanıstan hazırda dünyada uşaq qidalanması üzrə ən ağır böhranlardan birini yaşayır və hər il təxminən 3,7 milyon uşaq kəskin qida çatışmazlığından əziyyət çəkir.

 

Chosen
37
1
azertag.az

2Sources