Aparılacaq təmir işləri ilə əlaqədar olaraq, bu gündən etibarən Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan qaçqın və məcburi köçkünlərinin məskunlaşdığı şəhərciyə gedən avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə, qismən məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, hərəkətin məhdudlaşdırılması təmir işləri bitənədək qüvvədə olacaq.
Agentlik sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş edir.