EN

İstiqrazlar investorlar üçün depozitlərdən daha cəlbedici ola bilər

Son illər bank olmayan kredit təşkilatları kreditləşmə, maliyyələşmə və institusional idarəetmə sahəsində əhəmiyyətli dəyişikliklər mərhələsindən keçib. Bunu Mega Sığorta ASC-nin Müşahidə Şurasının sədri Cəlal Əliyev bildirib.

Onun sözlərinə görə, xüsusilə son iki ildə tənzimləyici orqan tərəfindən qəbul edilən yeni qaydalar və tələblər bu təşkilatların institusional inteqrasiyasını sürətləndirib və onların maliyyə sektorunda etibarlı tərəfdaş kimi formalaşmasına şərait yaradıb. Əliyev qeyd edib ki, bu seqment daxilində idarəetmə və maliyyə dayanıqlılığı baxımından fərqlənən qurumlar olacaq.

Cəlal Əliyev investorlar üçün istiqrazların depozitlərlə müqayisədə daha cəlbedici olduğunu bildirib. 

Onun sözlərinə görə, depozitlər üzrə gəlirlilik təxminən 10–12% təşkil etdiyi halda, istiqrazlar üzrə daha çevik və alternativ gəlirlilik mexanizmləri mövcuddur. Bununla yanaşı, o vurğulayıb ki, risk səviyyəsi təminatlı və ya təminatsız alətlərdən asılı olaraq dəyişir.

Mega Sığortanın Müşahidə Şurasının sədri sığorta mexanizmləri və tənzimləyici çərçivə ilə bağlı məsələlər üzrə Mərkəzi Bankla davamlı kommunikasiya aparıldığını və müraciətlər nəticəsində bir sıra mövzularda irəliləyiş əldə olunduğunu da diqqətə çatdırıb.

N.Təbrizli

Chosen
26
anews.az

1Sources