EN

Əsəbləri sakitləşdirən və arıqladan sağlam qidalar Diyetoloq

Olke.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Yüksək kortizol (stres hormonu) səviyyəsi çəki azaltma prosesini çətinləşdirə bilər. İnsan nə qədər az kalori qəbul etsə və intensiv idmanla məşğul olsa belə, kortizol yüksək olduqda bədən yağ yandırmağa müqavimət göstərə bilər.

Ölkə.Az-ın məlumatına görə, bunu diyetoloq Hicran Şirinovun bildirib və qeyd edib ki, az kalori ilə ağır məşqlər kortizol səviyyəsini daha da artıra bilər. Kortizol isə stres hormonu kimi yağ yığılmasını təşviq edir və bu proses xüsusilə qarın nahiyəsində daha qabarıq şəkildə özünü göstərir.

Diyetoloq vurğulayır ki, bu halda yanaşma yalnız kalori kəsmək yox, həm də qidalanma vasitəsilə kortizolu normallaşdırmaq olmalıdır. Onun sözlərinə görə, bəzi təbii qidalar bu prosesə müsbət təsir göstərə bilər.

Belə qidalara Omega-3 yağ turşuları ilə iltihabı azaldan siyənək balığı, probiotiklərlə bağırsaq sağlamlığını dəstəkləyən kələm turşusu, stresi yüngülləşdirən tünd şokolad, sinir sistemi balansını qoruyan banan daxildir.

Hicran Şirinov əlavə edib ki, C vitamini ilə kortizol səviyyəsinə təsir göstərən xurma, maqneziumla rahatlamağa kömək edən balqabaq tumu, sakitləşdirici təsiri olan melissa çayı və sinir sistemini gücləndirən lobya da faydalı qidalar sırasındadır.

Diyetoloqun fikrincə, kortizol səviyyəsinin normallaşdırılması təkcə çəki azalmasına deyil, eyni zamanda enerji səviyyəsinin və əhvali-ruhiyyənin yüksəlməsinə də kömək edir. Əks halda isə yüksək kortizol yağ yandırma prosesini davamlı şəkildə əngəlləyə bilər.Ölkə.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
15
2
olke.az

3Sources