EN

YAP Ağdaş rayon təşkilatının yaradılmasının 31 ci ildönümü qeyd olunub FOTOLAR

Ses qazeti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ağdaş rayonunda Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının yaradılmasının 31-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. İlk öncə tədbir iştirakçıları Yeni Azərbaycan Partiyasının banisi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rayon mərkəzində ucaldılan abidəsini ziyarət edib, abidə önünə tər gül dəstələri düzüblər.

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının iclas zalında davam edən tədbirdə ulu öndər Heydər Əliyev və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov təşkilatın yaradılmasının 31-ci ildönümü münasibətilə partiya fəallarını təbrik edib və Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının gördüyü işlərdən, həyata keçirdiyi tədbirlərdən danışıb.

YAP Ağdaş rayon təşkilatının ideoloji işlər üzrə məsləhətçisi Anar Şahmuradov Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatın keçdiyi 31 illik tarixi özündə etiva edən geniş məruzə ilə çıxış edib.

Partiya fəallarından – rayon İcra Hakimiyyəti Başçısının müavini Aynur Novruzova, partiya veteranı Qalib Həsənov, partiya fəallarından Azadə Kərimova, İbrahim Əfəndiyev, Könül Musayeva və Ülkər Əzizova çıxış edərək Yeni Azərbaycan Partiyasının xalqın etimadını dorğultmuş partiya olduğunu, ulu öndər Heydər Əliyevin siyasi kursunun Partiya sədri, Prezident İlham Əliyev tərəfindən uğurla davam etidirilərək Azərbaycanın güclü dövlətə çevrildiyini qeyd ediblər.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatında səmərəli fəaliyyətinə görə partiya fəallarından bir qrupuna Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının Fəxri fərmanları təqdim edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
23
3
sesqazeti.az

4Sources