EN

Gəncədə 5 yaşlı qız qıcolmadan ölüb



Gəncədə 5 yaşlı qızın ölümünün ilkin səbəbi açıqlanıb.

Newscenter.az-ın məlumatına görə, Gəncə Şəhər Birləşmiş Xəstəxanasından "Report"un Qərb bürosunun sorğusuna cavab olaraq bildirilib ki, yanvarın 27-si saat 21:50 radələrində 2021-ci il təvəllüdlü şəxs (qadın) ağır vəziyyətdə tibb müəssisəsinin nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

Qeyd olunub ki, yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası, qıcolma və spazm diaqnozu təyin edilən, epilepsiya xəstəsi olan pasiyentin aparılan bütün reanimasiya tədbirlərinə baxmayaraq saat 22:40 radələrində ölüm faktı qeydə alınıb.

Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib.
Chosen
3
7
newscenter.az

8Sources