EN

Aİ İrana qarşı yeni sanksiyaları müzakirə edəcək

Avropa İttifaqı (Aİ) ölkələrinin İrana qarşı yeni sanksiyalar tətbiq edəcəyi gözlənilir.

Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, İran İnqilab Keşikçiləri Korpusunun terror təşkilatları siyahısına salınması ilə bağlı razılıq əldə olunacağına ümid edir.

Kallas Rusiya, Ukrayna və ABŞ arasında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə aparılan üçtərəfli danışıqlara da toxunub. O qeyd edib ki, Rusiya tərəfini təmsil edən şəxslərin real qərarvermə səlahiyyəti yoxdur və bu, Moskvanın sülhə ciddi yanaşmadığını göstərir. Onun sözlərinə görə, Rusiya Ukraynanı bombardman etməklə onu təslim olmağa məcbur etməyə çalışır.

Kallasın sözlərinə görə, toplantıda Yaxın Şərq məsələləri çərçivəsində ilk növbədə İrana qarşı yeni sanksiyalar müzakirə olunacaq.

Aİ rəsmisi Suriyadakı xarici terrorçu döyüşçülərlə bağlı da danışaraq bildirib ki, xüsusilə ölkənin şimalında yerləşən düşərgələr ciddi narahatlıq yaradır. Bu mövzunun da iclasda müzakirə ediləcəyi qeyd olunub.

Chosen
20
1
7times.az

2Sources