EN

Merts: “Berlin vasitəçi olmaq istəmir”

AzVision.az xəbər verir ki, “Stern” jurnalının məlumatına görə, Fridrix Merts Rusiya-Ukrayna danışqılarındaAlmaniyanın vasitəçilik rolunu öz üzərinə götürmək niyyətində olmadığını vurğulayıb.

“Danışıqlar ilk növbədə Ukrayna və Rusiya arasında lazımdır. Bunlar iki döyüşən tərəfdir. Biz burada vasitəçi kimi çıxış etmirik”,- Almaniya kansleri koalisiya şurasındakı məsləhətləşmələrdən sonra deyib.

Kansler, eyni zamanda, bildirib ki, Almaniya danışıqlar prosesinin inkişafını “böyük dəstəklə” izləyir və onun tezliklə başa çatacağına ümid edir.

Maraqlıdrı ki, Fridrix Merts Ukrayna 2027-ci ilə qədər Avropa İttifaqına (Aİ) üzv ola bilməyəcəyini də isöyləyib.

- 2027-ci il yanvarın 1-də Aİ-yə daxil olmaqdan söhbət gedə bilməz. Bu, mümkün deyil. Aİ-yə üzvlük üçün bütün namizədlər lazımi meyarlara cavab verməlidir və Ukrayna da istisna deyil. Ölkənin tələblərə cavab verməyə başlaması ən azı bir neçə il çəkəcək. Bu, uzunmüddətli prosesdir”,- Almaniya kansleri vurğulayıb.

Lakin, onun sözlərinə görə, Ukraynanın Aİ-yə üzvlük perspektivi olmalıdır.

Xatırladaq ki, bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski Aİ-yə qoşulmağın Kiyev və Avropa üçün əsas təhlükəsizlik təminatlarından biri olduğunu açıqlamışdı.

“Buna görə də biz konkret tarixdən - 2027-ci ildən danışırıq və tərəfdaşlarımızın mövqeyimizi dəstəkləyəcəyinə ümid edirik”,- Ukrayna lideri deyib.

Daha əvvəl Amerika, Ukrayna və Avropa rəsmiləri Ukraynanın 2027-ci ildə Aİ-yə üzvlüyünün sülh planının bir hissəsi kimi müzakirə olunduğu barədə “The Washington Post” nəşrinə bildirmişdilər.

Lakin onlar bəzi Aİ ölkələrinin, xüsusən də Macarıstanın belə bir qərara qarşı çıxdıqlarını da diqqətə çatdırıblar. Bir sıra avropalı rəsmilər də “Reuters” agentliyinə açıqlamalarında vurğulayıblar ki, Ukraynanın 2027-ci ilə qədər Aİ-yə qəbulu“tamamilə mümkün deyil”.

Sahil İsgəndərov
AzVision.az

Chosen
17
azvision.az

1Sources