EN

Merts Rusiya-Ukrayna danışıqlarında vasitəçilik etməkdən imtina edib

Almaniya Kansleri Fridrix Merts bildirib ki, ölkəsi Rusiya-Ukrayna danışıqlarında vasitəçilik etmək istəmir. Aİ-də artıq Moskva ilə danışıqlar məsələsi qaldırılıb. Berlin bununla məşğul olmaq istəmir, lakin görüşləri böyük dəstəklə izləyir.

Herbiand.az xəbər verir ki, bu barədə Almaniyanın “Stern” jurnalı məlumat verib.

Kansler 28 yanvarda koalisiya şurasında məsləhətləşmələrdən sonra Almaniya ilə Rusiya arasında birbaşa danışıqlar ideyasını rədd edərək Berlinin vasitəçi kimi çıxış etməyəcəyini bildirib: “Danışıqlar ilk növbədə Ukrayna və Rusiya arasında lazımdır. Bunlar iki vuruşan tərəfdir. Biz burada vasitəçi kimi çıxış etmirik”.

Onun sözlərinə görə, Almaniya danışıqları böyük dəstəklə izləyir və münaqişənin tez bir zamanda sona çatacağına ümid edir.

Bəxtiyar CƏFƏRLİ

Chosen
44
herbiand.az

1Sources