EN

Bir sıra ölkələr hava limanlarında nəzarəti gücləndirib

Ajans.az xəbər verir ki, bu barədə The Guardian nəşri xəbər yayıb. Bildirilir ki, Hindistandan gələn sərnişinlər Tayland, Nepal və Vyetnamda xüsusi tibbi yoxlamadan keçiriləcək. Myanma vətəndaşlarına Qərbi Benqala vacib olmayan səfərlərdən çəkinməyi tövsiyə edib. Çin isə sərhəd bölgələrində profilaktik nəzarət tədbirlərini gücləndirib. Hindistan hakimiyyəti isə ölkədə Nipah virusunun yayılması ilə bağlı yayılan məlumatları “spekulyativ və qeyri-dəqiq” adlandırıb. Hindistanın Səhiyyə Nazirliyi son bir ay ərzində virusun iki halının aşkarlandığını təsdiqləyib. Yoluxmuş şəxslərin səhhəti ilə bağlı ətraflı məlumat verilməyib. Rəsmi qurumların bildirdiyinə görə, vəziyyət nəzarət altındadır və epidemiyanın qarşısı alınıb. Nazirliyin açıqlamasında qeyd olunur ki, yoluxmuş şəxslərlə təmasda olmuş təxminən 200 nəfər testdən keçirilib və yeni yoluxma halı aşkar edilməyib.

 

Chosen
79
Ajans.az

1Sources