Olaylar.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
"Biz həm Rusiyayla, həm də Çinlə çox sıx əməkdaşlıq edirik. Mən Rusiya Prezidenti ilə iki-üç görüş keçirmişəm və münasibətlərimizi bütün sahələrdə inkişaf etdiririk",- o qeyd edib.
Baş nazir həmçinin regional kommunikasiyaların açılması ilə bağlı əməkdaşlığın dərinləşdirilməsinə hazır olduqlarını vurğulayıb:
"Biz istəyirik ki, Rusiya tərəfi ilə bu məsələdə əməkdaşlığımızı gücləndirək. Bu mövzuda yazılı müraciət etmişik. Düzünü deyim, hələ Rusiya tərəfindən yazılı cavab alınıb-alınmadığını bilmirəm amma ümumilikdə müsbət siqnallar alırıq və ümid edirik ki, proses sürətləndiriləcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31