EN

Azərbaycanda bu şəxslərə kompensasiya veriləcək

Cəbrayıl rayonundakı Qız Qalası su anbarından magistral suvarma kanalının tikintisi layihəsi çərçivəsində torpaq sahələri üzrə mülkiyyətçilərə dəyən zərərlə əlaqədar olaraq kompensasiyalar veriləcək.

NOCOMMENT.az-ın məlumatına görə, qurum bu istiqamətdə hazırlıqları başa çatdırıb və kompensasiyanın hesablanması üçün müstəqil qiymətləndirmə üzrə komissiya müəyyənləşdirib.

Belə ki, Füzuli rayonu üzrə 4 ədəd bələdiyyə, 177 ədəd xüsusi mülkiyyətdə olan torpaq sahələrinin qiymətləndirilməsi həyata keçiriləcək.

Qeyd edək ki, kanalın tikintisi Cəbrayıl və Füzuli rayonlarının işğaldan azad edilmiş ərazilərində Araz çayı boyu yerləşən və Mil-Muğan zonasında etibarlı suvarma xidmətləri göstərəcək 252 km uzunluğunda suvarma boru kəmərləri şəbəkəsinin çəkilməsi ilə iqlimə davamlı və smart su ehtiyatlarının idarə olunması sistemini inkişaf etdirəcək.

Layihənin xərclərinin bir hissəsini İslam İnkişaf Bankı ödəyəcək. Bank bu məqsədlə 96,48 milyon ABŞ dolları məbləğində Hissəli Satış maliyyələşdirilməsi təmin edəcək. (İqtisadiyyat.az)

Chosen
26
nocomment.az

1Sources