[center]
[/center]Xəbər verdiyimiz kimi Masazırda qanunsuz tikinti işləri aparılır.
Xalq-ın məlumata görə Abşeron rayonu Masazır qəsəbəsində “Soliton Masazır” mağazasının arxa küçəsində qanunsuz tikinti işləri davam etdirilir.Son zamanlar Abşeron rayonu ərazisində rəsmi icazə olmadan qanunsuz tikinti işlər aparılması ilə bağlı məlumatlar dərc olunur.
Qanunsuz tikinti aparılması ilə bağlı televiziyalarda belə videosüjetlər hazırlanır, lakin Dövlət Şəhərsalma və Arxektura Komitəsi Abşeron rayon ərazisində belə tikintilərə görməzdən gəlir.
İddialara görə ərazidə bina inşa edilir. Tikinti ərazisində heç bir məlumat lövhəsi olmadığı halda inşa işləri qanunsuz aparıldığı bildirilir. Qeyd edək ki, tikinti barədə Dövlət Şəhərsalma və Arxektura Komitəsinin bazasında hər hansı bir məlumat yoxdur.[center]
[/center]Qanunsuz tikinti ilə bağlı Abşeron rayon İcra Hakimiyyətinin açıqlamasında bildirilib ki, RİH tərəfindən rayon ərazisində qanunsuz tikinti işlərinə qarşı mütəmadi nəzarət və mübarizə tədbirləri həyata keçirilir. Qeyd edilən məsələ ilə əlaqədar araşdırmanın aparılması üçün RİH-in Memarlıq və Tikinti Şöbəsinə, həmçinin RİH başçısının Masazır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə müvafiq tapşırıqlar verilmişdir. Məsələnin qanunamüvafiq şəkildə araşdırılması və nəticələri barədə zəruri tədbirlər görüləcəkdir.
Lakin artıq 10 gündür heç bir zəruri tədbir görülmədən qanunsuz tikinti işləri davam etdirilir və Rəğbət adlı tikinti icracısı icazəni icra başçısı Abdin Fərzəliyevdən almışam deyə bildirir.
İnanırıq ki, Dövlət Şəhərsalma və Arxektura Komitəsi və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən bu kimi halların qarşısı alınacaq.(Xalq.online)